Azərbaycanda nazir müavini vəfat etdi

Maliyyə nazirinin birinci müavini İlqar Fətizadə vəfat edib. Olaylar.az "Qafqazinfo"ya istinadən bildirir ki, o, bu gecə dünyasını dəyişib.

Qeyd edək ki, İlqar Fətizadə 1956-cı il sentyabr ayının 30-da anadan olub.

1992-ci ilin aprel ayında maliyyə nazirinin müavini, dekabr ayında isə Dövlət Sosial Müdafiə Fondu sədrinin birinci müavini vəzifəsinə təyin olunub.

1999-cu ildən maliyyə nazirinin birinci müavini idi.

Allah rəhmət eləsin!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31