DİN polisin maska tələbini inkar edən şəxslə bağlı məlumat yayıb - FOTO
14 Aprel 2022 23:44 SosialPaytaxtın iri ticarət mərkəzlərindən birində polisin maska tələbi ilə bağlı qanuni müdaxiləsini inkar edərək, maska taxdığını iddia edən, polisi çəkməklə onun guya qanunuz hərəkətlərini ictimailəşdirən şəxsin kimliyi müəyyən olunub.
Olaylar.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
Araşdırmalarla məlum olub ki, 1995-cil il təvəllüdlü Əşrəfli Əşrəfin iddiları tam əsassızdır. Araşdırmalar davam etdirilir.



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31