Vətən müharibəsinin canlı şahidi olan qadınlara psixoloji yardım həyata keçirilir

Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə yardımı ilə "Gənc Psixoloqlar" İctimai Birliyi Ağdam rayonunun kənd və qəsəbələrində yaşayan əhali üçün Vətən müharibəsinin canlı şahidi olan qadınlara psixoloji yardım layihəsini həyata keçirir. 

Olaylar.az xəbər verir ki, layihə çərçivəsində vətən müharibəsi zamanı müharibənin gedişatını öz gözləri ilə görən, izləyən və şahidi olan qadınlarla qrup görüşləri keçirilir, onlara psixi sağlamlıqlarında yaranan çətinliklərlə mübarizə texnikaları haqqında ətraflı məlumat verilir.

Qeyd edək ki, 3 ay müddətində həyata keçirilən layihə hal-hazırda Ağdam rayonunda yaşayan qadınlar üçün təşkil olunan görüşlərlə davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31