Bu il e-sosial.az portalına 4 milyon 445 mindən çox müraciət qeydə alınıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az portalına bu ilin əvvəlindən daha  4 milyon 445  mindən çox  müraciət qeydə alınıb. Nazirlikdən "Olaylar"a bildirilib ki, 2019-cu ildən istifadəyə verilən portal ölkənin sosial reyestri olmaqla, vətəndaşlara onlar barədə toplanmış bütün sosial məlumatlara (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat və s. üzrə) çıxış imkanı yaradır. Vətəndaş onun barəsində portalda toplanmış məlumatları mütəmadi izləyə bilməklə  yaranan sosial-əmək hüquqlarının təminatına ictimai nəzarəti həyata keçirmək imkanına malikdir. "Android" və "İOS" əməliyyat sistemlərində də fəaliyyət göstərən portalda qeydiyyatdan keçən aktiv istifadəçilərin sayı da artmaqda davam edərək 1 milyon 155 min 283-ə çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31