Lahıcdakı uçqunla bağlı rəsmi açıqlama
14 Aprel 2022 10:13 SosialAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İsmayıllı-Lahıc yolunda baş verən uçqunla bağlı məlumat yayıb.
Agentlikdən verilən məlumata görə, bu gün səhər saatlarında İsmayıllı-Lahıc avtomobil yolunun 17-18-ci km-lik hissəsində yolun hərəkət hissəsinə qaya parçaları tökülüb. Dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi təyinatlı texnikaları və canlı qüvvəsi cəlb edilib.
Yolun hərəkət hissəsinə tökülmüş qaya parçalarının kənarlaşdırılması istiqamətində aparılan işlər yaxın dəqiqələrdə başa çatdırılaraq yol boyu hərəkət bərpa olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31