Energetika naziri Cəlilabadda vətəndaşları qəbul edəcək

Energetika naziri Pərviz Şahbazovun aprelin 15-də Cəlilabad şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Qəbul aprelin 21-də saat 11:00-da keçiriləcək. Nazir Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarından olan vətəndaşları Cəlilabad rayon Heydər Əliyev Mərkəzində (Ünvan: Cəlilabad şəhəri, Heydər Əliyev prospekti 242) qəbul edəcək.

"OLAYLAR"-a nazirlikdən bildirilib ki, qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin [email protected] elektron poçt ünvanı, 598-16-53/54 (daxili 1145, 1146, 1147) nömrəli telefon (əlaqələndirici şəxs Azər Rzayev), Nazirliyin "974" Çağrı Mərkəzi, 598-16-55 "Qaynar Xətt"i, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Lənkəran filialı (əlaqələndirici şəxs İntiqam Mehdiyev, əlaqə telefonları: (050) 668-61-24, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər. Vətəndaşlar, həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış "Qəbula yazılmaq" bölməsi və Nazirliyin "facebook" səhifəsi vasitəsilə də qəbula yazıla bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31