“Qayğı” Çağrı Mərkəzinə 1000-dən çox müraciət daxil olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin bu il fevralın 1-dən fəaliyyətə başlayan "Qayğı" Çağrı Mərkəzinə (116 123) son iki ayda 1000-dən çox müraciət daxil olub. Nazirlikdən "OLaylar"a bildirilib ki, müraciətlər əsasən mənzil və avtomobil təminatı, psixoloji dəstək, məişət zorakılığına məruz qalmış şəxslərə dəstək, müəssisələrə və mərkəzlərə qəbul qaydaları, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası, övladlığagötürmə, eləcə də Sosial Xidmətlər Agentliyinin digər fəaliyyət istiqamətlərinə aid olub. 

Çağrı Mərkəzinə daxil olan hər bir müraciət qeydiyyata alınaraq araşdırılıb və aidiyyəti üzrə yönləndirilib. Vətəndaşlara müraciətlərinə uyğun sosial xidmətlərin, dəstəyin göstərilməsi təmin edilib. Həmçinin sorğu xarakterli müraciətlərlə bağlı ətraflı məlumatlar verilib.Yeni modelin ölkəmizdə tətbiqi uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsinə imkan yaratmaqla, uşaq qayğı sisteminin inkişafında yeni mərhələ açacaqdır. Bu sahədə Nazirlik tərəfindən qabaqcıl dünya təcrübəsi öyrənilir, xüsusilə Türkiyənin bu sahədə təcrübəsindən istifadəyə önəm verilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31