"Himayədar ailə"- yeni qayğı modeli ilə bağlı iclas olub

Prezident İlham Əliyevin 2022-ci il 15 fevral tarixli Fərmanına əsasən, himayədar ailə sahəsində dövlət siyasəti, tənzimləmə və dövlət nəzarəti bu ilin noyabrın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək. Nazirlikdən "Olaylar"a bildirilib ki,  himayədar ailə institutu uşaqlara qayğı sisteminin dünyada geniş yayılmış nümunələrindən biri olmaqla, dövlət müəssisələrindəki uşaqların himayədar ailələrə verilməsi ilə ailə mühitində yaşamalarını və bununla onların inkişafına şərait yaradılmasını nəzərdə tutur. Nazirlikdə bu mövzuda keçirilən iclasda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli valideyn himayəsindən məhrum olmuş uşaqların müəssisələşməsi prosesi, reinteqrasiyası, habelə onların müəssisələrə düşməsinin qarşısının alınması və müəssisələrdə olan uşaqlarla bağlı fərdi inkişaf planlarının hazırlanması ilə bağlı tətbiq ediləcək mexanizmlərə dair məlumat verdi. Himayədar ailə sahəsində müasir, şəffaf idarəçiliyin, ictimai rəyin formalaşdırılması məqsədi ilə əhalinin maarifləndirilməsi, habelə media vasitəsilə təbliğat-təşviqatın vacibliyi vurğulandı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31