Salyanda aztəminatlı şəxslər üçün ödənişsiz hüquqi yardım aksiyası keçiriləcək
13 Aprel 2022 13:22 SosialSalyan rayonunda aztəminatlı şəxslər üçün ödənişsiz hüquqi yardım aksiyası keçiriləcək. "OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı Salyanın deputatı Jalə Əhmədova özünün facebook sosial şəbəkə hesabında verib. Millət vəkili bildirib ki, aprelin 16-da baş tutacaq aksiya Azərbaycan Respublikası Vəkillər Kollegiyasının dəstəyi ilə Salyan rayon və Şirvan Regional Vəkil Bürolarının vəkilləri tərəfindən reallaşacaq.
Məlumat üçün qeyd edək ki, Milli Məclisin deputatı Jalə Əhmədovanın iştirakı ilə keçiriləcək aksiya Salyan rayon Mərkəzi Kitabxanasında saat 11:00-da başlayacaq.
Aksiyadan faydalanmaq üçün deputatın köməkçisi Əlimuxtar Məmmədovla (+994503337811) əlaqə saxlamanız xahiş olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31