Metroda nasazlıq yarandı, sərnişinlər düşürüldü
13 Aprel 2022 10:19 SosialBakı Metropolitenin "Həzi Aslanov-Dərnəgül" istiqamətində hərəkət edən qatarda texniki nasazlıq ehtimalı olub.
Qurumdan verilən məlumata görə, bu səbəbdən "Neftçilər" stansiyasında, normativ tələblərə görə, maşinistin tələbinə uyğun olaraq, sərnişinlər düşürülüb və qatar texniki baxış üçün stansiya dalanına verilib.
Nəticədə xətdə 2 dəqiqə yubanma yaranıb. Xəttə nasaz qatarın əvəzinə qatar verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31