Allahşükür Paşazadə Türkiyəyə səfər edəcək
12 Aprel 2022 15:29 SosialQafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti 13-16 aprel 2022-ci il tarixlərində Türkiyədə səfərdə olacaq. İdarədən "Olaylar"a verilən məlumata görə, səfərdə məqsəd 15 aprel tarixində İstanbulda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Dini Liderlərinin Şurasının ilk - təsis toplantısını keçirməkdir. Türk Dövlətləri Təşkilatının Baş Katibi Bağdad Amreyevin rəhbərliyi ilə keçiriləcək tədbirdə Şeyxülislam A.Paşazadə Şuranın təqdimatı məruzəsi ilə çıxış edəcək.
Türkiyə Cümhuriyyətin Diyanət İşləri Başkanlığının dəvəti ilə həyata keçirilən səfər dövründə QMİ sədri A.Paşazadə Türkiyə Diyanət işləri Başkanıdır. Ali Erbaş və türk dövlətlərinin dini liderləri ilə məsləhətləşmələr keçirəcək, Aya Sofya məscidində Cümə, Əyyub Sultan məscidində Təravih namazlarında birgə iştirak edəcəklər.