Hansı halda məsuliyyət sahibkarlar üzərinə düşür?

"Qida Təhlükəsizliyi haqqında" qanunun qəbul edilməsi ilə Qida Təhlükəsizliyi Agentliyinə yeni səlahiyyətlər verilmir". "Olaylar" xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, "Qida Təhlükəsizliyi haqqında" qanun indiyə qədər həyata keçirilən məsələlərin sistemləşdirilməsinə xidmət edir:"Qida təhlükəsizliyi sahəsində qida zəncirinə yeni baxış həyata keçiriləcək. Bu sahədə məhsuliyyət sahibkarın, ictimai nəzarət isə istehlakçıların üzərinə düşür. AQTA bu sahədə tənzimləyici qurumdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31