Bəzi qida məhsulların istehsalına qadağa qoyulur

Milli Məclisinə bu gün keçirilən plenar iclasında "Qida təhlükəsizliyi haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. 
 Olaylar  xəbər verir ki, müzakirələrə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzov da qatılıb. 
 
Layihənin müzakirəsi zamanı Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev ictimaiyyəti narahat edən məsələlər haqqında məlumat verib. Komitə sədri qanunun geni modifikasiya olunmuş qida məhsullarının istehsalına qadağa qoyduğunu bildirib: "Qanunun müvafiq maddələrində bu haqda qadağalar öz əksini tapıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31