Pandemiya dövründə yazılan cərimələrin ləğv edilməsi təklif edilir

Azərbaycanda pandemiya dövründə yazılan cərimələrin ləğv edilməsi təklif edilir. Olaylar  xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Razi Nurullayev parlamentin bu gün keçirilən iclasında çıxış edib.
O bildirib ki, bu məsələ parlamentin komitələri tərəfindən müzakirə olunaraq plenar iclasa çıxarılmalıdır.
Deputat həmçinin PCR testinin ləğv edilməsini və Azərbaycanın quru sərhədlərinin açılmasını da təklif edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31