Sabah Bakının Maştağa, Nardaran, Buzovna qəsəbələrinə, həmçinin Zabrat və Ramana qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.
Olaylar.az bildirir ki, Azərsu ASC-dən verilən məlumata görə, bunun səbəbi yay mövsümünə hazırlıq məqsədilə profilaktik işlərin aparılmasıdır.
Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31