Taleh Kazımov Mərkəzi Banka rəhbər təyin olunacaq
11 Aprel 2022 15:39 SosialMilli Məclisdə Taleh Kazımovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin təqdimatı müzakirə ediləcək.
Olaylar.az xəbər verir ki, məsələyə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında baxılıb.
Təqdimata müsbət rəy verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi məsələni Milli Məclisin plenar iclasında müzakirə üçün tövsiyə edib.
Qeyd edək ki, iclasda Elman Rüstəmovun Mərkəzi Bankın idarə Heyətinin üzvlüyündən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin təqdimatı da müzakirə edilib.
Hər iki təqdimata müsbət rəy verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi onları Milli Məclisin Plenar İclasında müzakirə üçün tövsiyə edib.