Şəhid ailələri və müharibə əlillərinə verilən mənzillərin sayı açıqlandı
11 Aprel 2022 12:27 SosialŞəhid ailələri və müharibə əlillərinə ümumilikdə ötən dövrdə 12500-dən çox mənzil və ya fərdi ev verilib. Bu kateqoriyadan olan şəxslərin mənzillə təminatı proqramı 2021-ci ildə 5 dəfə genişlənib."Olaylar"ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bu gün keçirilən brifinqdə bildirib. O, qeyd edib ki, keçən il onlara 3 min mənzil, ümumilikdə ötən dövrdə 12500-dən çox mənzil və ya fərdi ev verilib: "Bundan başqa son 4 ildə 1450-dək, ümumilikdə ötən dövrdə 7400 müharibə əlili minik avtomobili ilə təmin edilib".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31