Azərbaycan COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
9 Aprel 2022 19:15 SosialAzərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 8975 vaksin vurulub.
Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 552, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 741, üç və daha çox doza vaksinlərin sayı 7201 pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 481 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 540 995, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 330 431, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 832 203, üç və daha çox doza vaksinlərin sayı 3 145 148, pozitiv nəticədən sonra "buster" doza vaksinasiya olunanların sayı isə 233 213 nəfər təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31