Azərbaycanda COVID-19-a yoluxanların sayı açıqlanıb
9 Aprel 2022 19:10 SosialAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 28 yeni yoluxma faktı qeydə alınıb, 41 nəfər müalicə olunaraq sağalıb.
Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 0 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 792 216 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 293 nəfər müalicə olunaraq sağalıb, 9703 nəfər vəfat edib, aktiv xəstə sayı 220 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3826 , ötən müddət ərzində isə ümumilikdə 6 739 008 test aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31