“Omicron”un yeni mutasiyası aşkarlandı
8 Aprel 2022 20:26 Sosialİtaliyada COVID-19 virusunun "Omicron" ştamının yeni mutasiyası aşkar edilib.
Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, koronavirusun "Omicron" ştamının "Xj" adlı yeni variantı Kalabriya əyalətinin səhiyyə orqanlarının laboratoriyasında aşkarlanıb və İtaliya Ali Səhiyyə İnstitutu (ISS) tərəfindən təsdiq olunub.
"Xj" variantı "Omicron"un alt-variantları "BA.1" və "BA.2"nin rekombinasiyasıdır və onun yoluxuculuq dərəcəsinin artmasına səbəb olduğu bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31