FHN-in psixoloqları seminarda təqdimat ediblər

Azərbaycan Respublikası Baş Prokurorluğunun təşkilatçılığı ilə "Prokurorluqda vətəndaşların qəbulu zamanı peşəkar davranışın mənəvi və psixoloji aspektləri" mövzusunda seminar keçirilib. Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin, eləcə də müvafiq sahə üzrə yuxarı prokurorluqların işçiləri üçün təşkil edilmiş seminarda Fövqəladə Hallar Nazirliyinin xüsusi riskli vəziyyətlərdə vətəndaşlarla ünsiyyət saxlamaq təcrübəsi olan psixoloqları da iştirak ediblər. FHN-dən "Olaylar"a bildirilib ki, seminarda FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin psixoloqları "Xüsusi riskli vəziyyətlərdə vətəndaş qəbulunun psixoloji aspektləri" və "Vətəndaşların qəbulu zamanı yaranan riskli hadisələr üzrə dövlət qulluqçusunun hərəkətləri" mövzularında təqdimat ediblər. FHN-in psixoloqları seminar iştirakçılarına xüsusi riskli vəziyyətlərdə vətəndaş qəbulunun psixoloji aspektləri, yaranan riskli hadisələr zamanı dövlət qulluqçusunun hərəkətləri, o cümlədən intihara meylli davranışın qarşısının alınmasına dair biliklər tədris ediblər. Seminar Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin inzibati binasında əyani, Naxçıvan Muxtar Respublikasında qulluq keçən işçilər üçün isə distant formada keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31