Ağacları kəsən şəxs cəzalandırılıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 22-ci məhəllədə ağacların kəsilməsi faktı müəyyən edilib. Xidmət rəsmisi Bəhruz Məhəmmədov "Olaylar"a  bildirib ki, araşdırma zamanı ağacların vətəndaş Zahid Əliyev tərəfindən kəsildiyi və təbiətə 4320 manat məbləğində ziyan dəydiyi məlum olub."Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31