Məişət zorakılığından əziyyət çəkən 49 nəfərə xidmət göstərilib

"2021-ci ilin ilk 3 ay ərzində məişət zorakılığından əziyyət çəkmiş 49 nəfərə sosial xidmət göstərilib". "Olaylar" xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Faiq Ağayev "Sosial saat" verilişində məlumat verib. O, qeyd edib ki, ötən ilin ilk 5 ayı ərzində sosial xidmət mərkəzlərinin birində yaradılan reabilitasiya mərkəzində 41 nəfərə xidmət göstərilib:  "Məişət zorakılığından əziyyət çəkən şəxslərə hüquqi, psixoloji dəstək verilir, müəyyən sənədlərin hazırlanmasında kömək edilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31