Övladlığa verilən uşaqların sayı açıqlandı

Bu günədək 202 uşaq övladlığa götürülüb. "Olaylar" xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini Faiq Ağayev "Sosial saat" verilişində məlumat verib. O, bildiib ki, həmin uşaqlardan 98 nəfəri qız, 104 nəfəri oğlandır: "2022-ci ilin əvvəlindən indiyə qədər 54 uşaq övladlığa verilib. Ümumilikdə 1565 valideyn himayəsindən məhrum edilmiş uşaq qeydiyyata götürülüb". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31