Deputat Jalə Əhmədova seçiciləri ilə görüşüb
8 Aprel 2022 12:35 SosialMilli Məclisin deputatı Jalə Əhmədova Salyan rayonunda növbəti dəfə seçiciləri ilə görüşüb. "OLAYLAR" xəbər verir ki, Deputat Qərargahında baş tutan görüş zamanı millət vəkili 41 seçicini qəbul edib, onların problemlərini dinləyib. Jalə Əhmədova seçicilərin qaldırdığı problemlərin həlli üçün qanunvericilik çərçivəsində bacardığı köməkliyi əsirgəməyəcəsyini onların diqqətinə çatdırıb.
Qəbul zamanı seçicilər əsasən işsizlik, məşğulluq, torpaq, sosial, aliment məsələləri barədə problemləri qeyd ediblər.
Qeyd edək ki, seçicilərlə görüşdə deputatın dəvəti əsasında, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin 2 saylı Şirvan-Salyan Regional filialının əməkdaşı Kənan Mənsimli də iştirak edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31