Qadın sahibkarın işi araşdırılır

Baş Prokurorluq Azərbaycanda tanınmış qadın sahibkarın yarım milyonluq mənimsəmədə ittiham edilməsinə münasibət bildirib. Baş Prokurorluğun Mətbuat xidmətindən "Olaylar"a bildirilib ki, Sara Group QSC-nin direktoru Şirvan Əhmədovun müraciəti əsasında hazırda araşdırma aparılır: "Araşdırma nəticəsində qanuni qərarın qəbul edilməsi təmin ediləcək".

Qeyd edək ki, iddiaya əsasən, Balakən rayon sakini, 1990-cı il təvəllüdlü Dadayeva Ayparə Şaban qızı işlədiyi "Sara Group" MMC-dən 451 min manat mənimsəyib. İttihama görə, o, bu ilin yanvar-mart ayları ərzində şirkətdə anbardar işləyərkən şirkətə məxsus gübrələri sataraq pulunu şəxsi istifadəsi üçün götürüb. Artıq şirkət tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib və şikayət üzrə araşdırma aparılır. Qeyd edək ki, A.Dadayeva tütünçülüklə məşğul olan fermer kimi tanınıb. O, 2019-cu ildə 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31