Roza Zərgərli gənc fanatı ilə evlənəcək: “3 gün, 3 gecə xına edəcəm”- VİDEO

 

 

Müğənni Roza Zərgərli özünə 3 gün xına məclisi təşkil edəcəyini açıqlayıb.

GUNinfo.az bildirir ki, müğənni bu barədə aprıcısı olduğu "Tam vaxtıdır" verilişində danışıb.

"Heç bir ad günü qeyd etmirəm. Allah qoysa, gələcəkdə həyat yoldaşımla keçirəcəm. Xına olacaq. Özü də 3 gün, 3 gecə xına edəcəm" - deyə Zərgərli qeyd edib.

Xatırladaq ki, Roza Zərgərli  ailə həyatı qurmağa hazırlaşdığını açıqlamışdı.

O, evlənmək üçün 13 namizədin olduğunu söyləmişdi: "Onlar arasında birini seçmişəm. Evlənəcəyik, az qalıb. Səkkizillik fanatımdır, bir ildir tanıyıram və altı aydır ciddi münasibətimiz var. Evlilik təklifi almışam".



 


 

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31