Ukraynadan daha bir azərbaycanlı sürücü təxliyə olundu - FOTO
7 Aprel 2022 23:48 SosialUkrayna ərazisindən daha bir azərbaycanlı sürücü təxliyə olunub.
Olaylar.az bildirir ki, bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosasiyası İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin rəhbəri Ruslan Eldaroğlu bildirib.
Onun sözlərinə görə, sürücü Feyzullayev Qəhrəman Qəzənfər oğlu artıq Rusiya Federasiyası ərazisindədir.
"Qeyd edim ki, Q.Feyzullayev döyüşlərin ilk günündən Xerson şəhərində olub. Yaradılan humanitar koridorla təxliyəsi baş tutub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31