Azərbaycanda əhalinin vaksinasiya göstəricisi cəmi 48%-dir - Hande Harmançı
7 Aprel 2022 14:51 SosialBəzi Şərqi Avropa ölkələrində yoluxmanın artmasının səbəbi Omikron ştamı ilə əlaqələndirilir.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı jurnalistlərə açıqlamasında deyib.
"Omikron ştamının B1 və B2 növləri mövcuddur və B2 növünü daha sürətli yayılma qabiliyyətinə malikdir. Risk qrupuna daxil olan şəxslərin, yaşı 65-dən çox olanların, hamilə qadınların qorunması mütləqdir. Qapalı məkanlarda maskadan istifadə olunması önəmli faktordur.
Azərbaycanda əhalinin peyvəndlənmə göstəricisi 48%-dən yuxarıdır, lakin hədəfimiz bu göstəricinin 70 faizi ötməsidir. Son günlər ölkədə yoluxma və ölüm halında azalma müşahidə olunur, lakin unutmamalıyıq ki, pandemiya hələ də davam edir", - deyə H. Harmancı bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31