"Organic Halal VKSARA" kosmetik kremlərinin tanıtımı  baş tutub- FOTOLAR

Abşeron-Marriot Oteldə     AQSİA-nın Yaponiyadan olan tərəfdaşları ilə növbəti tədbiri keçirilib. Tədbirdə  AQSİA  İdarə Heyətinin sədri Səkinə Babayeva, TET Beynəlxalq Əməkdaşlıq şirkətinin təsisçisi Taro Savada, Yaponiyanın "Organic Halal VKSARA" kosmetik brendinin sahibləri Yumiko Nakano, Riqia Nakano çıxış ediblər. Bildirilib ki, bu əməkdaşlığın məqsədi ölkələr arasındakı iqtisadi əlaqələrin daha genişlənməsinə xidmət etməkdir. Daha sonra tədbir iştirakçıları qarşısında "Organic Halal VKSARA" kosmetik kremlərinin tanıtımı  baş tutub. Tanıtım mərasimində həmçinin xalq artisti Məleykə Əsədova,  müğənni Siva, modelyer Fəxriyyə Xələfova və digər tanınmış simalar iştirak edib. Tədbirin sonunda  xatirə şəkilləri çəkilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31