DGK büdcəyə 1,2 milyard manat köçürüb
6 Aprel 2022 12:50 SosialDövlət Gömrük Komitəsi (DGK) 2022-ci il yanvar-mart ayları üçün nəzərdə tutulan büdcə öhdəliyini 123,58 faiz yerinə yetirib."Olaylar" xəbər verir ki, bunu DGK sədri Səfər Mehdiyev "Twitter" səhifəsində bildirib. "İlkin məlumata görə 1 milyard 230,84 milyon manat vəsait dövlət büdcəsinə köçürülüb ki, bu da nəzərdə tutulan proqnozdan 234,84 milyon manat artıq deməkdir", - S.Mehdiyev yazıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31