Şamaxı sakinlərinə ağac tingləri hədiyyə edilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "ASAN xidmət" mərkəzlərinin birgə təşkilatçılığı ilə Şamaxı və 4 saylı Bakı "ASAN xidmət" mərkəzlərinin qarşısında vətəndaşlara ağac tingləri hədiyyə edilib. Nazirlikdən "Olaylar"a bildirilib ki, "Bir ağac-min nəfəs" devizi altında keçirilən aksiyanın məqsədi ağac əkmək istəyən hər kəsi tinglərlə təmin etməklə onlara dəstək olmaq, təbiətə töhfə verməkdir. Qeyd edək ki, paylanılan ağac tingləri Nazirliyin tinglik sahələrində yetişdirilir. Bu aksiyalar Bakıda və bölgələrdə növbəti günlərdə də davam etdiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31