2232 bələdiyyə altı ləğv edilib

Ötən il 80359, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində 3116 bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib, nəticədə 76720 (95,5%) akt qanunvericiliyə uyğun hesab edilib. Habelə bələdiyyələrin fəaliyyəti ilə bağlı 4092 müraciətə baxılıb. "Olaylar" xəbər verir ki, bu barədə bələdiyyələrin fəaliyyətilə bağlı illik məruzdə qeyd edilib. Bildirilib ki, ümumilikdə həm aktlar, həm də müraciətlər üzrə inzibati nəzarət icraatı zamanı qanunvericiliyin tələblərinə zidd olan 3286 aktla bağlı bələdiyyələrə təkliflər verilib, onlardan 2232-si ləğv edilib, 732-si dəyişdirilib, təmin olunmayan 19 təklif üzrə məhkəmələrdə iddia qaldırılıb. Ədliyyə Nazirliyinin təklifləri və ya məhkəmə iddiaları əsasında bütövlükdə 9.096 ha torpaq sahəsinin, o cümlədən 6.848 ha örüş sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib. Bildirilib ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq, vətəndaş müraciətlərinə xüsusi qayğı və həssaslıqla yanaşılması nəticəsində baxılmış müraciətlərin 294-ü, o cümlədən, xüsusi nəzarətdə saxlanılan şəhid ailə üzvlərinin, müharibə iştirakçılarının müraciətlərindən 96-sı təmin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31