Ağdamda ermənilərə məxsus tank əleyhinə minalar AŞKARLANDI - VİDEO
5 Aprel 2022 20:09 SosialAprelin 5-də Ağdam şəhərində işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi işini yerinə yetirən hərbi istehkamçılar qrupu tərəfindən minalanmış yeni ərazi müəyyən edilib.
Olaylar.az bildirir ki, Ağdam sənaye parkının ərazisi minalardan və partlamamış sursatlardan təmizlənərkən təqribən 30 il əvvəl basdırılmış tank əleyhinə minalar və maneələr tapılıb.
Müdafiə Nazirliyinin hərbi istehkamçıları tərəfindən ərazilərin minalardan təmizlənməsi işləri davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31