Fərrux kəndində daha bir neçə azərbaycanlının qalıqları aşkarlanıb - VİDEO

Xocalı rayonunun Fərrux kəndində daha bir neçə azərbaycanlının meyitlərinin qalıqları tapılıb.

Olaylar.az xəbər verir ki, kənd ətrafında ayrı-ayrılıqda 3 yerdə aparılmış qazıntılar zamanı Birinci Qarabağ müharibəsi zamanı qətlə yetirilmiş azərbaycanlıların skeletləri aşkar edilib.

Qeyd edək ki, Azərbaycan Ordusunun hərbçiləri Fərrux kəndi ərazisindəki mövqelərdə qazıntı işləri apararkən insan qalıqları aşkar edib. İnsan qalıqlarının Birinci Qarabağ müharibəsində Fərrux dağı uğrunda gedən hərbi əməliyyatlarda həlak olan hərbiçilərimizə və Xocalı soyqırımı zamanı bu yolla çıxmaq istəyən azərbaycanlılara aid olduğu ehtimal edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31