Ərazi tullantılardan təmizlənib
4 Aprel 2022 13:21 SosialSabirabad şəhəri, İlham İsgəndərov küçəsində tullantıların qalaqlanması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb. "Olaylar"ın məlumatına görə, Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, tullantıların qalaqlandığı ərazi Xidmət əməkdaşlarının nəzarəti altında Sabirabad bələdiyyəsinin işçiləri tərəfindən təmizlənib: "Ərazinin nəzarətə götürülməsi məqsədilə Sabirabad Rayon İcra Hakimiyyətinə və Sabirabad Rayon Polis Şöbəsinə müraciət olunub".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31