Vərəm problemi cəzaçəkmə müəssisəsində daha aktualdır
4 Aprel 2022 12:09 Sosial"Vərəm problemi cəzaçəkmə müəssisəsində daha aktualdır. Bizim rəqəmlər mülki sektordan fərqli olaraq qalır". "Olaylar" xəbər verir ki, bunu Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi Rəfail Mehdiyev Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan konfransda deyib. R.Mehdiyev qeyd edib ki, vərəm vaxtında aşkarlansa, müalicə də effektiv ola bilər: "Azad olunan keçmiş məhbusların sonrakı dövrdə müalicəsi də xüsusi əhəmiyyət daşıyır. Yaponiya istehsalı və vərəmin müalicəsində effektiv rola malik tibbi cihaz bizim də diqqətimizi çəkir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31