«Azəriqaz» Kürdəmir sahubkarlarının problemlərini dinləyəcək
4 Aprel 2022 11:41 Sosial"Azəriqaz" İstehsalat Birliyi rəhbərliyinin "Açıq mikrofon" aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Kürdəmir rayonunda təşkil olunacaq.
"OLAYLAR" Birliyə istinadən xəbər verir ki, "Azəriqaz" İB-nin rəhbər şəxsləri Kürdəmir rayonu, Heydər Əliyev prospekti, Qələbə Parkında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.
"Səyyar qəbul otağı" aprelin 5-də saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31