Manaf Ağayevin "Mercedes"i özünə qaytarılmır? - DİN-dən cavab
2 Aprel 2022 14:09 SosialMüğənni Manaf Ağayev işğaldan azad olunan ərazilərə icazəsiz keçdiyi üçün inzibati qaydada həbs olunmuşdu. O, cəzasını çəkib qurtarmasına baxmayaraq, ona məxsus "Mercedes" markalı avtomobil qanunsuz olaraq cərimə meydançasında saxlanılır.
Olaylar.az xəbər verir ki, bu barədə vəkil Adəm Məmmədov bildirib.
Vəkil deyib ki, maşını sahibinə qaytarmaqdan imtina edirlər: "Manaf Ağayev də qorxusundan səsini çıxartmır".
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, vəkilin iddiaları əsassızdır.
"Manaf Ağayevin avtomobilinin polisin müvəqqəti dayanacaqda saxlanılması ilə bağlı vəkil Adəm Məmmədovun iddiaları həqiqəti əks etdirmir. Avtomobil Manaf Ağayevin barəsində təsdiq olunmuş inzibati tənbeh tədbiri ödənildikdən dərhal sonra müğənniyə təhvil verilib", - DİN rəsmisi vurğulayıb.
mənbə: Bakupost.az