Bu gün güclü külək olacaq
2 Aprel 2022 12:34 SosialMilli Hidrometeorologiya Xidməti Bakıda güclü külək əsəcəyi ilə bağlı xəbərdarlıq yayıb.
Xidmətdən Olaylar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 4-də şimal-qərb küləyinin 18-23 m/s, arabir 27-32 m/s, günün birinci yarısında bəzi ərazilərdə arabir 35-38 m/s-dək güclənəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında aprelin 4-də şimal-qərb küləyinin 15-20 m/s, arabir 25-30 m/s, bəzi Kür vadisi rayonlarında arabir 35-38 m/s-dək güclənəcəyi gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31