Vilyam Hacıyevin oğlu prokurorluq orqanlarından xaric edildi
1 Aprel 2022 20:00 Sosialİmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı, hazırda həbsdə olan Vilyam Hacıyevin oğlu işdən çıxarılıb.
Olaylar.az bildirir ki, Məhəmməd Vilyam oğlu Hacıyev Qubadlı rayon prokurorluğunun müstəntiqi vəzifəsindən azad edilib.
Baş Prokurorluğun Mətbuat xidməti faktı təsdiqləyib.
Qeyd edək ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyatı zamanı həbs edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31