Azərbaycanlı aparıcı aktrisa ilə “TikTok”da dava etdi - VİDEO
1 Aprel 2022 19:57 SosialAparıcı Azər Zahidlə aktrisa Pərvin Abıyeva "TikTok"un canlı yayımında yarışıblar.
Olaylar.az olay-a istinadən xəbər verir ki, bir müddət sonra Azərin zarafatları Pərvinin xoşuna gəlməyib. Onlar arasında dava yaranıb.
Aktrisa ona "Sən səviyyədən danışa biləcək ən son adamsan. Bir işarə ilə həyatını alaram, ağıllı ol! Mən səninlə bayaqdan mehriban danışıram", - deyə, bildirib. Pərvin daha sonra canlı yayımdan çıxıb.
Qeyd edək ki, A.Zahid bundan öncə də dəfələrlə "TikTok"un canlı yayımında yarışdığı şəxslərlə dava edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31