14 rayonda uşaq psixi sağlamlıq bölmələri yaradılıb
1 Aprel 2022 15:33 Sosial"Təəssüf ki, günümüzdə autizmin medikamentoz müalicəsi yoxdur. Lakin davranışın tətbiqi təhlili, strukturlaşdırılmış təhsil, loqoped terapiyası, sosial vərdişlərin öyrədilməsi, məşğulluq terapiyası kimi səmərəli psixopedaqoji proqramlar mövcuddur. Bu proqramlar vasitəsilə müəyyən irəlləyiş əldə etmək mümkündür". "Olaylar" xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin rəhbəri, professor Fuad İsmayılov deyib. Bildirib ki, ölkəmizin 14 rayonunda uşaq poliklinikaları bazasında uşaq psixi sağlamlıq bölmələri yaradılıb. Müəssisələrdə uşaq psixiatrı, psixoloq, psixopedaqoq, sosial işçi, loqopedin daxil olduğu multidisiplinar komanda fəaliyyət göstərir. Uşaq və yeniyetmələrdə rast gəlinən psixi sağlamlığın digər problemləri ilə yanaşı, bu mütəxəssislər autizm spektrli pozuntusu olan uşaqlara da yardım göstərir.