Azərbaycan COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 14 612 vaksin vurulub.

Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 994, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1483, üç və daha çox doza vaksinlərin sayı 11 415 pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 720 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 456 322, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 324 386, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 824 633, üç və daha çox doza vaksinlərin sayı 3 078 608, pozitiv nəticədən sonra "buster" doza vaksinasiya olunanların sayı isə 228 695 nəfər təşkil edir.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31