Polis MİDA-nın sədr müavininin qanunsuz əməllərini ifşa etdi – VİDEO
30 Mart 2022 18:48 SosialBakıda qaydaları kobud şəkildə pozan dövlət məmuru cərimələnib.
Olaylar.az bildirir ki, bu barədə avtosfer.az saytı məlumat yayıb.
Belə ki, 10-GY-555 qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü Ziya Bünyadov prospektində yolun əksi istiqamətində hərəkət etdiyi üçün məsuliyyətə cəlb edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə 4 bal 100 manat məbləğində protokol tərtib olunub.

Xatırladaq ki, 10-GY-555 qeydiyyat nişanlı "BMW X7" markalı avtomobil Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) idarə heyətinin sədrinin müavini, həmçinin həmin Agentliyin Müşahidə Şurasının sədri vəzifəsində çalışan Çingiz Qədimova məxsusdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31