Xocalıda bütün məktəblər dağıdılıb - Nazir müavini
23 Fevral 2022 12:02 SosialXocalıda işğaldan əvvəl 14 məktəb fəaliyyət göstərirdi, ermənilər hamısını dağıdıb.
Olaylar.az bildirir ki, bunu təhsil nazirinin müavini Firudin Qurbanov deyib.
"Təəssüflər olsun ki, Xocalıda bütün infrastruktur dağıdılıb. Qəbiristanlıqda olan abidələr, tarixi abidələrimiz dağıdılıb. Bütün bunlar ermənilərin iç üzünü, niyyətini göstərir" - deyə nazir müavini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31