Azərbaycan COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 71 434 vaksin vurulub.

Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3052, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2052, buster doza üzrə vaksinasiya olunanların sayı isə 66 330 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 549 963, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 270 596, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 766 430, buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 512 937 təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31