Azərbaycanda COVID-19-a yoluxanların sayı açıqlanıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4687 yeni yoluxma faktı qeydə alınıb, 6506 nəfər müalicə olunaraq sağalıb.

Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 752 605 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 696 565 nəfər müalicə olunaraq sağalıb, 9105 nəfər vəfat edib, aktiv xəstə sayı 48 782 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 682, ötən müddət ərzində isə ümumilikdə 6 398 476 test aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31