Selçuk Bayraktardan Azərbaycanla bağlı daha bir paylaşım
15 Fevral 2022 15:13 SosialTürkiyənin "Baykar Makine" şirkətinin texniki direktoru Selçuk Bayraktar "Teknofest Azərbaycan" Aerokosmik və Texnologiya Festivalına dair paylaşım edib.
Olaylar.az xəbər verir ki, Bayraktarın öz rəsmi tviter hesabında Azərbaycan dilində etdiyi paylaşımda deyilir:
"Ayaqları yerə dəyməyən festival Teknofest, Can Azərbaycanda! Müsabiqə müraciətləri davam edir. Müraciət üçün son tarix: 17 fevral 2022".
Qeyd edək ki, "Teknofest Azərbaycan" festivalı 26-29 may tarixlərində keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31