Bakının rayonlarının ləğvi təklif olundu

"Bu 30 il gecikmiş dəyişiklikdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Gəncə şəhərinin rayonlarının ləgvi haqqında təkliflərə münasibət bildirən deputat Fazil Mustafa deyib. O qeyd edib ki, eyni dəyişiklik Bakının rayonları ilə baglı da həyata keçirilməlidir: "Bütün respublika ilə bərabər bunu etmək lazımdır. Məsələn, Sumqayıtda şəhər icra hakimiyyəti, bələdiyyələr və qəsəbələr var. Onları şəhərə qatmaq lazımdır. İdarəetməni nə qədər tez sadələşdirsək, əhali üçün o qədər yaxşı olar. İqtisadi əsaslar üzərində rayonların idarə olunması daha faydalı olardı. Kiçik rayonlar sistemindən çıxmalıyıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31